heyatbanner

Türk Dünyası Transplantoloqlar Dərnəyinin konqresi keçirilib

1-3 noyabr 2017-ci il tarixində Türkiyənin Ankara şəhərində Türkiyə Orqan Nəqli Dərnəyi (TOND) və Türk Dünyası Transplantoloqlar Dərnəyinin (TDTD) 2-ci birgə konqresi keçirilmişdi. Tədbirdə TOND və TDTD-in qurucusu və prezidenti, 2018-2020-ci illər üçün Dünya Transplantoloqlar Cəmiyyətinin (TTS) prezidenti seçilmiş dünya şöhrətli alim, professor Mehmət bəy Haberalın rəhbərliyi ilə baş tutub.

MHABERAL BAKU

Xatırladaq ki, TOND-TDTD-in birincı konqresi məhz professor M.Haberalın təşəbbüsü ilə 2016-cı ilin 1-3 iyun tarixlərində Bakıda böyük uğurla keçirilmişdir. Həmin tədbirdə dünyanın 22 ölkəsindən və yerli mütəxəssislər də olmaqla 500-ə qədər nümayəndə iştirak etmişdi.

kongress3

Ankara kongresində Türkiyə, ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, İspaniya, Yaponiya ilə yanaşı, orta şərq MESOT ölkələri - İraq, İran, Səudiyyə Ərəbistanı, Yəmən, İordaniya, Küveyt, Pakistan, Qətər, BƏƏ və Türk Dünyası Transplantologiya dərnəyinin üzv dövlətləri - Azərbaycan, Qırgızstan, Qazaxstan, Özbəkstan, Tacikstan və bir sıra digər ölkələrin ən tanınmış alim və cərrah-transplantoloqları iştirak edib.

Konqres əsasən orqan nəqlinin etik-sosial-hüquqı aspektlərinə, bu sahədə qazanılan uğurlara, qarşıda duran problemlərə, xüsusilə də gənc müstəqil islam dövlətlərində bu sahənin daha da inkişafına həsr edilmişdi.

Konqresdə ölkəmizi TOND-TDTD-in Azərbaycan üzrə rəsmi təmsilçilərindən ibarət 25 nəfər, o cümlədən, “Medservis” özəl tibb mərkəzinin direktoru, nefroloq H.İsmayılov və M.Cavad-zadə ad. Respublika Klinik Uroloji xəstəxanasının hemodializ şöbəsinin müdiri F.Babayev, Azərbaycan Transplantoloqlar Cəmiyyətinin sədri professor K.Abdullayev və başqaları təmsil edib.

Təmsilçilərimiz konqresdə "Azərbaycan Respublikasında böyrək əvəzləyici müalicənin vəziyyəti" mövzusunda məruzə ilə çıxış etmiş, plenar iclas və müzakirələrdə aktiv iştirak ediblər.

Elmi toplantıda həmçinin Dünya Transplantolodiya Cəmiyyətinin hazırki Prezidenti Nency Acher (ABŞ), eks-prezident Filip O"Konelli (Avstraliya) də məruzələrlə çıxışlar ediblər.

44 nəfərlik Qırğızıstan nümayəndə heyətinə başçılıq edən Qırğızıstan Respublikasının Birinci xanımı, professor Raisa Atambayevanın təşəbbüsü ilə növbəti konqresin 2019-cu ildə Bişkek şəhərində keçirilməsi qərara alındı.

IMG_7096.JPGIMG_7094.JPGIMG_7095.JPGIMG_7100.JPGIMG_7098.JPGIMG_7099.JPG

İŞ SAATLARI

Bazar ert.
Çərşənbə axş.
Çərşənbə
Cümə axş.
Cümə
Şənbə
Bazar
08:00 am - 18:00 pm
08:00 am - 18:00 pm
08:00 am - 18:00 pm
08:00 am - 18:00 pm
08:00 am - 18:00 pm
08:00 am - 18:00 pm
Bağlıdır

ƏLAQƏ

(+994 70) 396 68 44 (7/24 aktivdir)
(+994 12) 596 68 44
(+994 12) 596 68 48
Bakı şəhəri, Сəlil Məmmədquluzadə küç.3, AZ1009
MedServis 2017 © Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design