Şərhlər

MESOT – Yaxın Şərq Orqan Transplantasiya cəmiyyətinin 14-cü Konqresi

MESOT10-13 sentyabr 2014-cü ildə Türkiyənin İstanbul şəhərində MESOT – Yaxın Şərq Orqan Transplantasiya cəmiyyətinin 14-cü Konqresi keçirilmişdir. Bu konqresdə 50-dən artıq dövlətdən 661 mütəxəssis, o cümlədən Azərbaycandan 44-ə qədər həkim (transplantoloq, cərrah, nefroloq, dövlət və özəl səhiyyə qurumlarında çalışan digər tibb sahələrinin əməkdaşları) iştirak etmişdir.

MESOT, 1987-ci ildə Başkənd universitetinin qurucu rektoru, Türkiyədə ilk böyrək, Avropada ilk hissəvi qaraciyər köşürmə əməliyyatı keçirən prof. Mehmet Haberal və həmkarları tərəfindən yaradılmışdır. 1988-ci ildə Beynəlxalq elmi birlik olaraq İsveçrə ticarət palatasında, Berndə rəsmi qeydiyyatdan keçirilmişdir. 1992-ci ildə MESOT-un Tunisdə keçirilən üçüncü Baş Assambleyasında bu cəmiyyətə daxil olan ölkələrin sərhədləri genişləndirilərək keçmiş Sovet respublikaları, Pakistan və Əfqanıstan daxil edilmişdir. 1990-cı ildən TTS (The Transplantation Society) ümumdünya transplantasiya cəmiyyətinin üzvü qəbul olunub. MESOT-a təkcə əhatə etdikləri regionlardan deyil, ABŞ, Kanada, Yaponiya, Avropanin qabaqcıl ölkələrinin transplantasiya üzrə aparıcı mütəxəssisləri də üzvlər sırasındadırlar.
Qeyd etmək istərdik ki, MedServis ÖTM-nin direktoru Hikmət İsmayılov bu konqresdə MESOT cəmiyyətinin Azərbaycan və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsi-konsulu seçilmişdir.

İŞ SAATLARI

Bazar ert.
Çərşənbə axş.
Çərşənbə
Cümə axş.
Cümə
Şənbə
Bazar
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
08:00 - 18:00
Bağlıdır

ƏLAQƏ

(+994 70) 396 68 44 (7/24 aktivdir)
(+994 50) 220 56 12
(+994 12) 596 68 44
(+994 12) 596 68 48
Bakı şəhəri, Сəlil Məmmədquluzadə küç.3, AZ1009
MedServis 2019 © Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design