Salam. Mən Sabunçu rayonu Yeni raman qəsəbəsində yaşayan Qurbanova Aynur MEDSERVİS özəl tibb mərkəzinin yaratdığı xeyriyyə cəmiyyətinə öz təşəkkürümü bildirirəm.
Oğlum 1995-ci il təvəllüdlü Qurbanov İlkin 2009-ildən böyrək çatışmamazlığından əziyyət çəkirdi. 2013-cü ilə qədər Hemodializ müalicəsi alıb. Nəhayət, 2013-cü ildə böyrəyimi oğluma verdim. Amma buna baxmayaraq əməliyyatdan sonra oğlumun səhhətində yaranan problemləri müalicə eletdirmək üçün Hikmət İsmayılovun rəhbərlik etdiyi MEDSERVİS özəl tibb mərkəzinə müraciət etdim. Müalicə olunmağında oğluma göstərdiyiniz köməkliyə, qayğıya, diqqətə görə bir ana kimi sizə dərin təşəkkürümü bildirirəm. Bununla yanaşı Hikmət İsmayılov və MEDSERVİS kollektivinə minnətdarlığıçı bildirirəm.