www.medservis.az / Laboratory
MedServis ÖTM-nin laboratoriyası 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Bu gün biz, müştərilərimizə Laborator diaqnostikanın müxtəlif sahələrini əhatə edən 300-dən çox növdə tibbi analizlər təklif edirik. Bəzi analizlər Azərbaycan hüdudları daxilində yalnız bizim laboratoriyada aparılır.

Bütün müayinələr daxili keyfiyyət kontrolu ilə təmin olunmuş avtomat analizatorlarda aparılır və bu da öz növbəsində yüksək mahsuldarlıq və yüksək keyfiyyətli nəticələrə zəmanət verir. Son nəsil avadanlıqlar qısa müddət ərzində geniş spektrdə analizlər etməyə imkan verir.

İş keyfiyyətinin artırılması məqsədilə xüsusi kompüter proqramlarından istifadə olunur. Bu proqram xəstələr haqqında məlumatların sürətli və məxfi işlənməsinə, digər şöbələrə ötürülmısinə, arxivləşdirilməsinə və statistik hesablamaların aparılmasına təminat verir.

 


Avadanlıq