www.medservis.az / Hemodializ

 

Hemodializ

Həkimlərə | Pasientlərə | Xəbərlər


 

Bakıda hemodializ mərkəzinin yaradılması haqqında fikir hələ 1999-cu ildə meydana gəlmişdi. Bunun səbəbi – Azərbaycanda dializ yerlərinin kəskin azlığı və bu sahədə mütəxəssis çatışmazlığı idi.

6 iyun 2000-ci il – bizim mərkəzin açılış tarixidir. Təsisçimizin inadkarlığı və məqsədyönlülüyü, Azərbaycan, Türkiyə və Rusiya ölkələrinin ən yaxşı mütəxəssislərinin dəstəyi və bu proyektin iştirakçılarının entuziazmı MedServis ÖTM nəzdində hemodializ şöbəsinin açılmasına səbəb oldu.

Bizim şöbədə aşağıda adları sadalanan terapiya növləri aparılır:

  • Hemodializ
  • Plazmaferez
  • Izolə olunmuş ultrafiltrasiya
  • Hemosorbsiya
  • Fotohemoterapiya

Şöbəmiz İsveçrə istehsalı olan Gambro və Alman istehsalı olan B.Braun süni böyrək aparatları ilə təmin olunub. GAMBRO AK-95 baza modeli stasionar və səyyar şəraitdə hemodializ seanslarının aparılması üçün nəzərdə tutulub. Tam kompyuterləşdirilmiş aparat çıxarılan mayenin həcmini, heparin miqdarını, venoz/arterial təzyiqi və digər göstəriciləri kontrol edir. Bu da öz növbəsində hemodializ proseduruna fərdi yanaşmanı asanlaşdırır.

Adekvat hemodializ - su təmizləmə sistemi olmadan mümkün deyil. Bzim mərkəzdə dünya standartlarına uyğun su təmizləmə sistemi istifadə olunur.

Şöbə gün ərzində 2-3 növbə fəaliyyət göstərir. Mərkəzdə eyni zamanda ekstrakorporal hemokorreksiya üçün səyyar briqada 24 saat müddətində xəstələrin xidmətindədir. Bu briqada digər tibbi mərkəzlərdə, həmçinin evdə səyyar hemodializ, ultrafiltrasiya, plazmaferez, hemosorbsiya kimi prosedurlar etmək üçün avadanlıqlarla təmin olunub.

Bizim mərkəzdə hemodializ müalicəsinə götürülmüş hər bir xəstədə hepatit B, C, QİÇS analizləri müayinə edilir və davamlı şəkildə dializ alan pasientlərə planlı surətdə hepatit B peyvəndi vurulur.

Mərkəzdə xroniki hepatit xəstələri üçün ayrıca boks otağı vardır. Bu otaqda 2 hemodializ aparatı qurulub. Hər bir seansdan sonra aparat 4 mərhələli təmizlənmə proseduru keçir.

 

Hemodializ üçün damar yolu alternativləri